Bələdiyyə haqqında

1

Ləki bələdiyyəsi

12 dekabr 1999-cu ildə keçirilmiş ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda formalaşdırılmış yerli özünüidarəetmə qurumlarından biri də Ağdaş bələdiyyəsidir. Ağdaş bələdiyyəsinin ilk sədri Sabir Paşayev (1999-2010), ikinci sədri Hənifə Yusifova (2010-2015), üçüncü sədri Qalib Qarayev (2015-2024) olub. Hazırda bələdiyyənin sədri Qalib Qarayevdir. Ağdaş bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Həmçinin Ağdaş bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş Qanunları, Azərbaycan Respublikasının Konstitusiyasını, öz Nizamnaməsindən irəli gələn vəzifələri, sərəncam və fərmanları, tövsiyə və təlimatları əsas tutaraq, işini seçicilərin arzu və istəklərinə müvafiq müəyyənləşdirərək, bələdiyyə iclaslarının qərarlarına uyğun qurur və həyata keçirir.

Əlaqə və Məlumat

Bələdiyyə fəaliyyəti haqqında əlavə məlumat almaq və ya təkliflərinizi bildirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.